Qəbələdə Koreyanın məşhur rəqs qrupunun

 taekvondoçuların çıxışları maraqla qarşılanmışdır

 

Mədəniyyət və Turizm Nazirliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində Koreya Respublikasının Kyunq Hi Universitetinin rəqs qrupunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə "Koreya təəssüratı", "Rəqs üçün", "Təbrik rəqsi" və digər maraqlı rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Daha sonra Dünya Taekvondo Federasiyasının yığma komandasının üzvlərinin təqdim etdikləri çətin və həyəcanlı nümunələr tamaşaçılarda böyük marağa səbəb olmuşdur.

Sonda iştirakçılara hədiyyələr təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 28 iyul.- S.7.