Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

 

Əlahəzrət!

Əziz qardaşım!

Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyul 2013-cü il

Azərbaycan.-2013.- 30 iyul.- S.1.