Vladimir RİVKİN: Klassik musiqinin səsləndirilməsi üçün ideal məkan olan Qəbələdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmək hər kəsin qəlbində xoş duyğular oyadır

 

Klassik musiqinin səsləndirilməsi üçün ideal məkan olan Qəbələdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmək hər kəsin qəlbində xoş duyğular oyadır.

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Rusiyadan gəlmiş turist Vladimir Rivkin AzərTAc-a müsahibəsində demişdir. Rusiyalı qonaq burada dağların, gözəl təbiətin insanın qəlbində xoş duyğular oyatdığını söyləmiş, bu gözəl diyarda istirahət etməkdən məmnunluğunu dilə gətirmişdir.

Azərbaycana ikinci dəfə gəldiyini bildirən V.Rivkin ötən illərlə müqayisədə bu gün ölkəmizdə gedən sürətli inkişafı xüsusilə vurğulayaraq demişdir: "Burada olmaq mənə çox xoşdur. Qəbələ festivalı haqqında məlumatım vardı. Nəhayət, bu möhtəşəm tədbirdə qonaq kimi iştirak etmək mənə də nəsib oldu. Mən burada uzun illərdir görmədiyim dostlarımla yenidən görüşdüm. Gənclik illərimə qayıtdım. Azərbaycan bəstəkarları, musiqi əsərləri barədə təəssüratım az idi. Şübhəsiz, bir müddət sonra bütün dünya ictimaiyyəti Qəbələ festivalının uğurlarından danışacaqdır".

 

Azərbaycan.-2013.- 30 iyul.- S.7.