Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir

 

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirmişdir ki, "Palıdlı" nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbir aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan qəbir yeniyetməyə məxsusdur. Ölü sağ yanı üstə bükülü vəziyyətdə, başı qərbə, ayaqları şərqə tərəf dəfn olunmuşdur. Ətrafında müxtəlif tip keramika nümunələri - küplər cam aşkar edilmişdir. Qoşa qulplu küpün camın üzəri çıxıntılı, həmçinin çərtmə üsulu ilə, həndəsi naxışlarla örtülüdür. Professor Hidayət Cəfərov diqqətə çatdırmışdır ki, "Palıdlı" nekropolunda tədqiqatlar 2009-cu ildən başlanmış, 20-dək qəbir açılmışdır. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə tuncdan muncuqlar) aşkar edilmişdir. Ölülər sol ya sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunmuşlar. Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini göstərir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc ilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Qarabağın aran dağlıq ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadıqlarını bir daha təsdiq edir. Bu arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi, həm Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.

"Palıdlı" nekropolunda tədqiqatlar davam edir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 30 iyul.- S.7.