Turistləri təbii gözəlliklər, tarixi abidələr maraqlandırdığı qədər,

 xidmət səviyyəsi də qane etməlidir

 

Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində son illər İsmayıllı rayonunun turizm perspektivi daha da artıb. Təbii ki, turizmin inkişafının dayanıqlı olması iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi ilə də şərtlənir.

İsmayıllının gözəl təbiəti, zəngin flora və faunası, yaşıl ormanları, buz bulaqları, axar çayları, füsunkar şəlalələri turistlər üçün nə qədər cəlbedici olsa da, müasir turizm infrastrukturunun yaradılması da bir o qədər vacibdir. Bu istiqamətdə rayonda xeyli görülüb. Hazırda İsmayıllıda 1085 yerlik 26 mehmanxanamehmanxana tipli istirahət mərkəzləri fəaliyyət göstərir. Onların da 9-nun Mədəniyyət və Turizm Nazirliyindən lisenziyası var. İstirahət mərkəzlərinin əksəriyyətində turistlər üçün açıq hovuz, tennis, bilyard masaları, biznes mərkəzi, diskotekas. xidmətlər var.

Hazırda Talıstan kəndi yaxınlığında 202 yerlik doqquzmərtəbəli "Şeraton hotel" istirahət kompleksi tikilir. Şübhəsiz, görülməli işlər daha çoxdur. Əlverişli coğrafi mövqeyə, iqlim şəraitinə və zəngin landşafta malik İsmayıllıda turizm sənayesinin inkişafı üçün zəmin çoxdur. Ancaq etiraf edək ki, gələn daxilixarici turistləri təbii gözəlliklər, qədim memarlıq abidələri daha çox cəlb edir. Onu da qeyd etsək ki, İsmayıllıda hotel-restoran, o cümlədən qarson (ofisiant) xidməti lazımi səviyyədə deyil. Şübhəsiz, bunlar zaman-zaman həll olunan məsələlərdir. Ancaq unutmaq olmaz ki, həyat durmadan yenilənir, insanlar arasındakı ünsiyyət formaları daha müasir çalarlarla zənginləşir. Bu mənada sözsüz ki, Turizm Peşə Mərkəzinin tikilib istifadəyə verilməsi rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində yüksək ixtisaslı xidmət personalının formalaşmasına da təsir göstərəcək.

İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun verdiyi məlumata görə, rayona 2009-cu ildə 15000, 2010-cu ildə 25000, 2011-ci ildə 59500, 2012-ci ildə 74000 və 2013-cü ilin birinci rübündə 1672 turist gəlib. Lahıc qəsəbəsində 108 tarixi abidədən ibarət Lahıc Tarix Mədəniyyət QoruğuBasqal qəsəbəsində 23 tarixi abidədən ibarət Basqal Tarix Mədəniyyət Qoruğu turistlər üçün çox maraqlıdır. Xarici turistlər isə Lahıc Qoruğuna heyranlıqlarını gizlətmir, Lahıcın keçmişi, sənətkarlıq xüsusiyyətləri haqqında daha ətraflı məlumat almağa çalışırlar. İlbəil gələn turistlərin sayının çoxalması turizm xidmətçilərinin (bələdçilərinin) məsuliyyətini artırmaqla yanaşı, onlardan bölgənin tarixi, mədəniyyəti, məişəti ilə bağlı daha hazırlıqlı səviyyəyə və daha zəngin məlumata malik olmağı tələb edir.

2012-ci il yanvarın 5-də İsmayıllıda rayon Mədəniyyət və turizm şöbəsinin daxili imkanları hesabına Turizm İnformasiya Mərkəzi yaradılaraq lazımi inventar və avadanlıqlarla təmin olunub. İsmayıllıda turizmin inkişafı konsepsiyasının hazırlanması da təqdirəlayiq haldır. Vacib məsələlərdən biriturizm istirahət mərkəzlərinin rayon Mədəniyyət və turizm şöbəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışmalarıdır. Ancaq 26 mehmanxanamehmanxana tipli istirahət mərkəzlərindən hələlik cəmi 9-nun lisenziya alması heç də əməkdaşlığın normal səviyyədə olduğunu təsdiqləmir.

Aldığımız məlumata görə, İsmayıllıda turistlərə xidmətin yüksək səviyyədə qurulması üçün müasir tələblərə cavab verən turizm istirahət mərkəzləri və kompleksləri nəzərə alınmaqla zonası Qalacıq, Şirinsu-Qız qalası, Mərkəzi, Bədo-Basqal və Lahıc turizm zonaları yaradılıb.

Əlbəttə, reklam prinsiplərini pozmamaq üçün həmin zonalardakı obyektlərin adlarını çəkmirik. Ancaq onu qeyd edək ki, bu ərazilərdəki tarixi memarlıq abidələri ilə tanışlıq turistlər üçün çox maraqlı olur. Təkcə Lahıcda hər il minlərlə turist istirahət edir. Tarixi keçmişimizin tanıdılması üçün imkanlar yaranır. Bu imkanlardan səmərəli istifadə etmək, Lahıc, İsmayıllı, eləcə də ölkəmiz haqqında gələn turistlərə hərtərəfli bilgi vermək isə turizm xidmətinin təşkilindən əlavə, həm də vətənpərvərlik işidir.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2013.- 31 iyul.- S.6.