Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək  iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirildi.

Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 iyun.- S.1.