Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, əziz qardaşım!

Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı və xoşbəxtlik arzulamaqdan böyük məmnunluq duyur, xalqınıza isə davamlı tərəqqi və çiçəklənmə diləyirəm.

Fürsətdən istifadə edərək, xalqlarımızı birləşdirən islami qardaşlıq münasibətlərinə, həmçinin ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəylik əlaqələrinə böyük önəm verdiyimi vurğulamaq istərdim.

Xalqlarımızın və bütün müsəlman aləminin mənafeyi naminə qarşılıqlı maraqlarımıza uyğun olaraq əlaqələrimizin inkişaf etdirilməsində Zati-alinizlə birgə çalışmaqda maraqlı olduğumu bildirmək istərdim.

Səmimiyyətlə,

 

 

VI MƏHƏMMƏD,

Mərakeşin Kralı

 

Azərbaycan.-2013.- 1 iyun.- S.2.