Nassir Əbdüləziz əl-NASSER: Sürətlə inkişaf edən Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir

 

"Sürətlə inkişaf edən Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqəti üzərinə cəlb etmişdir".

Bu sözləri AzərTAc-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser demişdir.

Bildirmişdir ki, güclü və etibarlı tərəfdaş kimi Azərbaycan bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirir. Bu baxımdan Azərbaycanın dünyanın ən nəhəng beynəlxalq hökumətlərarası təşkilatı olan BMT ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Nassir Əbdüləziz əl-Nasser qeyd etmişdir ki, sülh, əmin-amanlıq və sabitlik insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət əsasında qurulan münasibətləri tələb edir.

Tolerantlığın, qarşılıqlı anlaşmanın hökm sürməsi üçün mədəniyyətlərarası və dinlərarası dialoqu daha da gücləndirməyin vacibliyini vurğulayan ali nümayəndə Azərbaycan ilə BMT arasındakı əlaqələri yüksək qiymətləndirmişdir.

Forumun əhəmiyyətindən danışan Nassir Əbdüləziz əl-Nasser mötəbər tədbirin Şərq və Qərb mədəniyyətlərinin vəhdət təşkil etdiyi  Bakıda keçirilməsini mühüm hadisə kimi dəyərləndirmişdir.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.4.