Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

93 Bakı şəhəri, 29 may 2013-cü il

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 3, maddə 168) ilə təsdiq edilmiş "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"nın 2.1.3-cü yarımbəndində, 3.2-ci bəndinin dördüncü abzasında və 3.4-cü bəndinin ikinci abzasında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.