Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 88              Bakı şəhəri, 29 may 2013-cü il

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185, ¹ 5, maddə 486) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.9-cu bəndə "plastik kart" sözlərindən sonra ", elektron ödəmə sistemləri" sözləri əlavə edilsin;

1.2. 2.7-ci bəndin ikinci cümləsində, 2.8-ci bəndin 4-cü hissəsində və 6.3-cü bəndin 3-cü hissəsində "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin;

1.3. həmin əsasnaməyə 1 nömrəli əlavə - "Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi"nin 5-ci hissəsində "qəbzlə" sözü "sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla" sözləri ilə əvəz edilsin;

1.4. həmin əsasnaməyə 2 nömrəli əlavə - "Nəqliyyat vasitəsinin dəyişdirilməsi barədə Müqavilə"nin 4-cü hissəsində "qəbzlə" sözü "sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.