Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Hava nəqliyyatında onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 85                    Bakı şəhəri, 24 may 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 525-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli 2693 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 88; 2005, ¹ 9, maddə 855; 2009, ¹ 2, maddə 144) ilə təsdiq edilmiş "Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi"nin 3.14-cü bəndinin dördüncü cümləsində "bir il" sözləri "iki il" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 iyun.- S. 3.