Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. İndoneziya xalqı da mənim təbriklərimə qoşulur.

İcazə verin, bu əlamətdar bayramın yaratdığı fürsətdən istifadə edərək bir daha bildirim ki, İndoneziya xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud olan yaxın və səmimi münasibətlərin gələcəkdə də gücləndirilməsinə hazırdır.

Azərbaycan Respublikasına davamlı sülhrifah arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin.

 

 

Susilo Bambanq YUDHOYONO,

İndoneziya Respublikasının Prezidenti

 

Azərbaycan.-2013.- 2 iyun.- S.1.