Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident,

 

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram.

Dost ölkələrimizin mənafeyi naminə ikitərəfli əlaqələrimizin gücləndirilməsi və bütün sahələrdə qarşılıqlı mübadilənin genişləndirilməsi istiqamətində Sizinlə daha yaxından işləməyə ümid edirəm.

Zati-aliləri,  Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

 

 

Monsef MARZUKİ,

Tunis Respublikasının Prezidenti

 

Azərbaycan.-2013.- 2 iyun.- S.1.