Ute Helene von REİBNİTZ: Azərbaycan böyük potensiala malikdir

 

Azərbaycan böyük potensiala malikdir. Ölkənizin çoxlu sayda savadlı, yüksək iqtisadi biliklərə malik gəncləri vardır.

Bu sözləri Bakıda keçirilən Birinci Beynəlxalq Gələcək Forumunun iştirakçısı Ute Helene von Reibnitz demişdir.

Bakı Forumunun əhəmiyyətindən danışan xanım Ute Helene von Reibnitz müzakirə olunan məsələlərin iqtisadi cəhətdən çox vacib olduğunu bildirmişdir.

"Bu gün çox səmərəli müzakirələr apardıq. Forum çərçivəsində yeni texnologiyalardan olan Holoqrafiya və 3D printerin nümayiş edilməsi isə Azərbaycanın yüksək texnologiyalar sahəsində kifayət qədər irəlilədiyinin bariz nümunəsidir", - deyə xanım qonaq qeyd etmişdir.

Ölkəmiz barədə təəssüratlarını bölüşən Ute Helene von Reibnitz demişdir: "Azərbaycanı çox sevdim. Burada çox gözəl, səmimi və qonaqpərvər insanlar var. Şəhərinizin gözəlliyi, xüsusən də burada müasir və qədim memarlıq üslubunun birləşdirilməsi məni heyran etdi".

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 iyun.- S.3.