20-ci dəfə eyni məkanda

 

Bu gün Bakıda Beynəlxalq Xəzər neft və qaz, neftayırma

 və neft kimyası sərgi və konfrans işə başlayıb

 

Bu gün Bakıdakı "EXPO CENTER"də 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı açılır. Tədbir dörd gün davam edəcək və hər il olduğu kimi, yenə də dünya neft sənayesi liderlərini bir araya toplayacaq.

Bu münasibətlə dünən mətbuat konfransı keçirildi. "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon sərgi haqqında geniş məlumat verərək bildirdi ki, "Caspian Oil and Gas"da bu il 28 ölkənin 386 şirkəti iştirak edəcək. Sərgi "EXPO CENTER"in üç pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada baş tutacaq. O, tədbirin hər dəfə yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri dəstəyə görə Azərbaycan hökumətinə, Sənaye və Energetika Nazirliyinə, ARDNŞ-yə öz minnətdarlığını bildirdi.

Mətbuat konfransında sərginin meneceri Tofiq Kərimov da çıxış etdi. O bildirdi ki, ötən illə müqayisədə sərgi meydançalarının həcmi 22 faiz, eksponatların sayı isə 25 faiz artıb. Beş ölkə - Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunurlar. Bundan əvvəl Azərbaycan bazarında fəaliyyət göstərməyən və hazırkı sərginin ümumi iştirakçılarının 20 faizini təşkil edən şirkətlər bu tədbirə marağın azalmadığını göstərir. Tədbirə qatılan yerli şirkətlərin sayının da ildən-ilə artması sevindirici haldır.

T.Kərimov qeyd etdi ki, 20-ci yubiley sərgisinin keçirilməsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Bunu nəzərə alan sərgi təşkilatçıları ulu öndərə həsr olunmuş ayrıca stend düzəltmişlər. Burada ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə keçirilən ilk sərgi haqqında məlumat verilir. Eləcə də sonrakı sərgilərdə ulu öndərin iştirakını əks etdirən şəkil və materiallar nümayiş olunur.

Sərginin daimi iştirakçısı olan BP bu il tədbirdə daha bir yenilik edəcək. Belə ki, şirkət öz pavilyonunda nümayiş etdirdiyi ekspoziyalardan əlavə, "Alıcı ilə tanış ol!" adlanan bir tədbir də həyata keçirəcək. Bu, Azərbaycanda ən böyük neft-qazixrac layihələrinin əməliyyatçısı olan BP-nin ənənəvi tədbirlərindən biridiryerli şirkətləri əməkdaşlığa daha çox cəlb etmək məqsədi daşıyır. "Alıcı ilə növbəti tanışlığın" məhz sərgi günlərində keçirilməsi isə əməkdaşlığa və tərəfdaşlığa daha çox şirkətlərin və mütəxəssislərin cəlb edilməsidir. Bunu BP Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirdi.

Hər il olduğu kimi, sərgi ilə bahəm konfrans da keçiriləcək. Sərgidən bir gün sonra "Jumeirah Bilgah Beach Hotel"də açılacaq konfransda bu il rekord sayda sponsor qeydə alınıb. Baş sponsor ARDNŞ, qızıl sponsorlar isə BP "Statoyl" şirkətləridir. Konfransın meneceri Nigar Muradxanlı bildirdi ki, burada "Avrasiya üçün enerji təchizatının enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq", "Maye qazların inkişafı, emalı nəqli sahəsində yeni təmayüllər", digər mövzularda məruzələr oxunacaq.

Qeyd edək ki, artıq üçüncü dəfədir Xəzər neft-qaz sərgisi ilə yanaşı, energetika alternativ enerji sərgisi keçirilir. Mətbuat konfransında bildirildi ki, bu sərgi "İTE Group plc" şirkətinin energetika sahəsində təşkil etdiyi aparıcı tədbirlərdən biridir. Qısa şəkildə "Caspian Power" adlanan bu sərgi son zamanlar sözügedən sahənin avadanlıqlarının nümayiş etdirilməsi mütəxəssislərinin konstruktiv dialoq aparması üçün bir platformaya çevrilir.

Xəzər neft-qaz sərgisi hər dəfə təkcə karbohidrogenlərin hasilatı, nəqli, satışı ilə məşğul olan şirkətlərin mütəxəssislərin deyil, Bakının sakinlərinin qonaqlarının da diqqətini cəlb edir. 20-ci dəfədir eyni məkanda keçirilməsi özünə olan marağı itirməməsi, əksinə, daha çox iştirakçı tamaşaçı toplaması onun əhəmiyyətini bir daha vurğulayır.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 4 iyun.- S.8.