«Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu

 maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹8, maddə 631; 2010, ¹12, maddə 1064; 2011, ¹2, maddə 85; 2012, ¹4, maddə 283, ¹10, maddə 949) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.13-1-ci yarımbənd əlavə edilsin:

"8.13-1. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasının layihəsini hazırlamaq və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 6 iyun.- S.1.