«Azərbaycan Respublikasında keçirilən
seçkilərdə (referendumda) səsvermə
üçün qeydiyyatdançıxma
(səsvermə) vəsiqəsinin seçicilərə verilməsi
qaydası haqqında Təlimat»ın təsdiq edilməsinə
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹5/29
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat"ın struktur elementlərinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Bu təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat" qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi
Seçki Komissiyası öz səlahiyyətləri daxilində
təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi
və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə
nəzərdə tutulmuş tədbirlərin görülməsini
təmin etsin.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
05.06.2013
Azərbaycan.-2013.- 6 iyun.- S. 5.