«Seçki
komissiyalarına təqdim edilən imza vərəqələrində
və digər seçki sənədlərində
olan məlumatların düzgünlüyünün
yoxlanılması məqsədilə yaradılan işçi qrupu
haqqında Əsasnamə»nin təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹5/27
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-2 saylı qərarı ilə təsdiq edilmiş "Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə"nin struktur elementlərinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Əsasnamə ilə tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Əsasnamənin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-2 saylı qərarı ilə təsdiq edilmiş "Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi
Seçki Komissiyası öz səlahiyyətləri daxilində
təsdiq edilmiş Əsasnamənin rəsmi dərc edilməsi
və qüvvəyə minməsi ilə bağlı
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin
görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
05.06.2013
Azərbaycan.-2013.- 6 iyun.- S. 5.