Mikayıl Müşfiqin «Seçilmiş əsərləri» nəşr olunub

 

"Xalq Bank" ASC iyun ayının 4-də "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş əsərləri"ni yeni nəşrlə  ictimaiyyətə təqdim edib.

Şairin seçmə əsərlərindən ibarət olan kitab layihə çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir. Bu seriyadan olan kitablar hədiyyə üçündür və ölkənin ali, orta təhsil müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Tədbirdə iştirak edən qonaqlar, Mikayıl Müşfiqin ailə üzvləri bununla bağlı  xoş sözlərini bildiriblər. Qeyd edilib ki, "Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə böyük töhfədir.

 

Azərbaycan.-2013.- 6 iyun.- S. 8.