Oleq KİRSANOV: Bu gün azərbaycanlı həmkarların simasında layiqli işgüzar tərəfdaş görür, qarşılıqlı əməkdaşlığımıza yol açırıq

 

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov "Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" adlı sərgi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində demişdir: "Heç şübhəsiz, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri və qədim ənənəvi əlaqələrimiz olan yaxın qonşumuzdur. Bu gün biz azərbaycanlı həmkarların simasında layiqli işgüzar tərəfdaş görür və qarşılıqlı əməkdaşlığımıza yol açırıq. Azərbaycanda çox böyük investisiya kapitalı vardır. Zənnimcə, müəyyən şərait yaradılsa,  bu kapital Volqoqrad torpağına da gələcəkdir. Qeyd etmək istəyirəm ki, bizim üçün çox vacib olan bu forum Rusiya Federasiyası Prezidentinin himayəsi ilə keçirilir. Görüşlərimiz kifayət qədər yüksək potensial yaratmışdır ki, qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi uğurla keçsin".

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Volqoqrad

 

Azərbaycan.-2013.- 7 iyun.- S.4.