Harvard Universitetinin tələbələri Ali Məhkəmədə olmuşlar

 

Amerika Birləşmiş Ştatlarının Harvard Universitetinin tələbələri Azərbaycana səfərləri çərçivəsində Ali Məhkəmədə olmuşlar.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, sədr Ramiz Rzayev ilə görüşdə Azərbaycanın məhkəmə sistemi, hakimlərin seçki proseduru, Ali Məhkəmənin strukturu fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının presedent hüququnun Azərbaycanda tətbiqindən danışmışdır.

Ali Məhkəmənin sədri tələbələrin verdiyi sualları ətraflı cavablandırmış, onlara təhsildə həyatda uğurlar arzulamışdır.

Harvard Universitetinin tələbələri Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, Məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin şəraiti ilə tanış olmuşlar. Qonaqlar bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyun.- S.4.