ABŞ konqresmenləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərmişlər

 

Amerika Birləşmiş Ştatlarının "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda iştirak edən konqresmenlərinin bir qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərmişlər.

Məktubda deyilir: "Hörmətli cənab Prezident! Azərbaycan-ABŞ Forumunun təşkilinə və Bakıda bizimlə görüş keçirdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Sizinlə və Azərbaycan xalqı ilə birlikdə milli bayramınız - Respublika Günü, habelə ölkələrimiz arasındakı möhkəm tərəfdaşlığın qeyd edilməsində iştirakımızdan şərəf duyduq. Strateji əlaqələrimizin davam etdirilməsi və gücləndirilməsinə sadiqliyinizi ifadə edən xoş sözlərinizi yüksək qiymətləndiririk. Azərbaycan güclü iqtisadi partnyorumuz olmaqla yanaşı, terrorçuluğa qarşı mübarizədə və strateji müttəfiqlərimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşımızdır.

Biz Azərbaycan-ABŞ münasibətlərinin birgə gücləndirilməsi işinin davam etdirilməsinə hazırıq.

Hörmətlə,

Konqresmenlər: Maykl Törner, Ted Po, Stiv Stokman, Cim Braydenstayn, İvet Klark, Qreqori Miks, Mişel Qrişam, Ruben Hinoxosa,  Şeyla Cekson Li, Deni Devis".

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.5.