Azərbaycan Respublikası Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvlüyünə qəbul edilmişdir

 

Azərbaycan Respublikası qərargahı Paris şəhərində yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) üzvlüyünə qəbul edilmiş və ölkəmiz OIV-in sayca 45-ci üzvü olmuşdur. Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu barədə qərar OIV-in Baş Assambleyasının Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti iclasında qəbul olunmuşdur.

Tədbirdə ölkəmizi kənd təsərrüfatı naziri İsmət Abasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər şəxslərdən ibarət nümayəndə heyəti təmsil etmişdir.

Qeyd edək ki, Azərbaycanda birinci beynəlxalq şərab festivalı ötən il oktyabrın 6-da Gəncə şəhərində təşkil edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.7.