Ermənistan tərəfindən işğal edilmiş daha bir Azərbaycan şəhəri Macarıstan şəhəri ilə qardaşlaşmışdır

 

Macar və Azərbaycan xalqları arasında qardaşlıq bağları iyunun 6-da daha bir tarixi qərar ilə möhkəmlənmişdir. Azərbaycanın Ağdam Rayon İcra Hakimiyyətinin  başçısı Nizami Sadıxovun rəhbərlik etdiyi nümayəndə heyəti Tissavaraşarvari şəhəri meriyasının dəvəti ilə bu şəhərə səfər etmişdir. Nizami Sadıxov və Macarıstan şəhərinin meri Erik Fyulop  səfər zamanı Ağdam ilə Tissavaşarvari şəhərlərinin qardaşlaşması  barədə sənəd imzalamışlar.

Xatırladaq ki, Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən  işğal edilməsinin 21-ci ildönümündə ŞuşaCöncöş şəhərlərinin qardaşlaşmasına dair memorandum imzalanmışdır. Sənədi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Cöncöş meri Laslo Faraqo imzalamışlar.

Beləliklə, Macarıstan bütün dünyaya bəyan edir ki,  Azərbaycanın işğal edilmiş rayonlarının ərazisində legitim hakimiyyətin yeganə nümayəndələri kimi yalnız Azərbaycan dövlətinin rəhbərinin təyin etdiyi şəxsləri, Dağlıq Qarabağ  regionunun və ətraf yeddi rayonun ərazisində fəaliyyət göstərən yeganə hüquqi qüvvə kimi Azərbaycan Respublikasının Konstitusiyasını tanıyır.

Gördüyümüz kimi, daşnakların həmişə zəruri olması barədə danışdıqları "dağlıq qarabağ respublikasının" beynəlxalq aləmdə tanınması "tam sürətlə" gedir.

Şübhə yoxdur ki, bu xəbər işğalçıları daha da məyus edəcəkdir. Macarıstanın erməni icması ŞuşaCöncöşün qardaşlaşması xəbərindən sonra Yerevandan isteriyanı şişirtmək və Macarıstan tərəfinə təzyiq göstərməyə başlamaq komandası almışdır. Lakin macarıstanlı həmkarlar ləyaqətlə hərəkət edərək, ermənilərin imzalanmış sənədlərin qanuniliyini şübhə altına alan bütün cəhdlərini  qətiyyətlə rədd etmişlər. Məsələn, erməni "elçilərinin" Macarıstan tərəfinə Şuşanın "əsl" merini təqdim etmək təklifinə cavabında bildirilmişdir ki, Macarıstan qanuni hakimiyyətin  istənilən nümayəndələri ilə görməyə hazırdır, amma ermənilər Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ərazisində işğal edilmiş heç olmazsa bir şəhərin azərbaycanlı merini  gətirə bilərlərmi?! Güman edirik ki, ermənilər onları nokauta salan belə cavabdan sonra hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.

Ağdamın iyunun 6-da Macarıstan şəhərləri ilə qardaşlaşmış işğal edilmiş Azərbaycan şəhərləri siyahısına qoşulması Azərbaycanın Qarabağ üzərində suverenliyinin qardaş macar xalqı tərəfindən  tanınmasının növbəti təsdiqi olmuşdur.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc -ın xüsusi müxbiri

 

Tissavaşarvari

 

Azərbaycan.-2013.- 8 iyun.- S.9.