Latviyanın VL-TB/LNNK Partiyasının üzvü Ermənistanla bağlı bəyanat yaymışdır

 

Latviya Respublikasının nüfuzlu VL-TB/LNNK Partiyasının parlamentdə təmsil olunan üzvü Romans Naudinş Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış etmişdir. Deputat demişdir ki, Azərbaycan torpaqları erməni işğalından azad olunmayana qədər onun üzv olduğu partiya Ermənistanla bağlı heç bir tədbirdə iştirak etməyəcəkdir.

Qeyd edək ki, VL-TB/LNNK Partiyasının üzvləri Latviyada rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri O.Abramyanın şərəfinə təşkil olunan ziyafətdə iştirakdan imtina etmişlər və bəyanat da bundan sonra səslənmişdir.

 

 

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2013.- 8 iyun.- S.11.