Ağdaş şəhərindəki 3 nömrəli tam orta

 məktəbə Bəkir Nəbiyevin adının verilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 87        Bakı şəhəri, 27 may 2013-cü il

 

 

 

"B.Ə.Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 aprel tarixli 2834 nömrəli sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Ağdaş Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ağdaş şəhərindəki 3 nömrəli tam orta məktəbə Bəkir Əhməd oğlu Nəbiyevin adı verilsin.

2. Ağdaş Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 9 iyun.- S. 3.