Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2005-ci  il 19 avqust tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 96                    Bakı şəhəri, 29 may 2013-cü il

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 785; 2009, ¹ 2, maddə 151; 2010, ¹ 2, maddə 151) ilə təsdiq edilmiş "Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları"nın 2.6-cı bəndinin dördüncü və altıncı abzaslarında və 4.6-cı bəndinin beşinci abzasında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 3.