Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul etmişdir

 

İyunun 8-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Xidmətin Lənkəran rayon şöbəsinin inzibati binasında Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarının sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, xidmətin müvafiq strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.

Vətəndaşların müraciətləri əsasən hərbi xidmətə çağırılan övladlarının hərbi hissələrdə münasib şəraitlə təmin olunması, işə qəbul, veteran adlarının verilməsi ilə bağlı olmuşdur.

Gün ərzində qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapmışdır.

Qəbul zamanı xidmətin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmışdır.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 4.