Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul etmişdir.

Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə səfəri zamanı paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu dedi. Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirdi, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 11 iyun.- S. 1.