Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının seminarı keçirilir

 

Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Çoxmilli müəssisələrin auditi" mövzusunda seminar öz işinə başlamışdır. Seminarda İƏİT katibliyinin, eləcə də Niderlandİsveç Krallıqlarının vergi orqanlarının ekspertləri, Azərbaycan, Türkiyə, Belarus, Niderland, İsveç, Ukrayna və Gürcüstanın vergi orqanlarının əməkdaşlarının nümayəndələri iştirak edirlər.

Seminarın açılış mərasimində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bu tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə etmiş və Vergilər Nazirliyinin bir çox beynəlxalq institutlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, qloballaşan dünyada transmilli şirkətlərin fəaliyyətinin sürətlə genişlənməsi onların vergi öhdəliklərinin düzgün müəyyən olunması üçün auditin aparılması, vergilərin minimallaşdırılması və vergidən yayınma ilə mübarizə sahəsində səylərin gücləndirilməsi kimi məsələlərdə vergi orqanlarının birgə fəaliyyətini, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsini zəruri edir.

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr Departamentinin nümayəndəsi Ubaldo Qonzalez İƏİT Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir. Sonra İsveç Vergi Agentliyinin auditoru Jan MonteliusNiderland VergiGömrük Administrasiyasının auditoru Peter Oostdijk çıxış etmişlər. Açılış mərasimində "Çoxmilli müəssisələrin xüsusiyyətləri", "Çoxmilli müəssisələrin vergiyə cəlb edilməsi" mövzusunda təqdimatlar edilmiş, Vergilər Nazirlyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev tədbir iştirakçılarını ölkəmizin vergi sistemibu sahədə aparılan islahatlarla tanış etmişdir.

İyun ayının 14-dək davam edəcək seminarda transmilli şirkətlərin vergiyə cəlb edilməsi, onlarda auditin aparılması, vergi planlaşdırması və vergi orqanları ilə əlaqələrin qurulması istiqamətində mövcud olan milli və beynəlxalq təcrübələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

Azərbaycan.-2013.- 11 iyun.- S.7.