Milli qurtuluşdan hüquqi dövlət quruculuğuna doğru

 

Ötən əsrin sonlarında Sovet İttifaqının süqutu yeni müstəqil dövlətlərin meydana gəlməsi ilə nəticələndi. Bu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı da 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etmək imkanı qazandı.

Lakin həmin dövrdə respublikaya rəhbərlik edən hakimiyyətlərin səriştəsiz və qeyri-praqmatik siyasəti nəticəsində Azərbaycanda anarxiya baş alıb gedirdi, qruplar arasında çəkişmələr, ictimai itaətsizlik, sabitliyin  pozulması halları çoxalmış, iqtisadiyyatda ciddi böhran meydana gəlmişdi, dünya dövlətləri ilə münasibətlər düzgün  qurulmamışdı. Bir çox xarici qüvvələr və onların respublika daxilindəki havadarları Azərbaycan xalqının azadlıq ideallarının reallaşmasına mane olmaq, milli istiqlaliyyətin bərpa edilməsini əngəlləmək üçün təxribatlara əl atırdılar.

Belə mürəkkəb mərhələdə cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirmək, insanları vahid bir məqsədə səfərbər etmək üçün ilk növbədə, milli dövlətçilik ideyalarının təşəkkülünə nail olmaq lazım idi. Ona görə də ideoloji bütövlüyü təmin etmədən dövlət quruculuğunu uğurla həyata keçirmək, iqtisadisiyasi inkişafın sürətləndirilməsinə əsas yaratmaq mümkün ola bilməzdi. Çünki Azərbaycan bir tərəfdən müstəqilliyini yenicə əldə etmiş bir ölkə idisə, digər tərəfdən onun qarşısında keçid dövrünün ağrılı problemlərini həll etmək vəzifəsi dayanırdı. Yeni ictimai formasiyanın reallıqlarının diktə etdiyi qanunauyğunluqları nəzərə alan cəmiyyətin formalaşdırılması isə ilk növbədə, ideoloji zəmin üzərində intişar tapa bilərdi.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sistemininyeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi. Heydər Əliyev uçurumun bir addımlığında dayanan bir millətin öz dövlətini yaşatmasını təmin etmək üçün milli dövlətçilik ideologiyasının ictimai şüurda stereotipləşməsinə nail oldu. Böyük rəhbər çıxışlarında və qəbul etdiyi qərarlarda ölkənin bütün potensial imkanlarının məhz milli dövlətçilik ideyalarının reallaşmasına xidmət etdiyini nümayiş etdirirbununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında birləşdirirdi.

1993-cü ilin iyun hadisələri zamanı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Gəncə hadisələrinə dair bəyanat qəbul etdi. Bu bəyanata məhz Heydər Əliyevin təklifi ilə milli dövlətçilik ifadəsi də salındı. İyun ayının 9-da xalqın təkidli tələblərindən və AXC-Müsavat iqtidarının dəvətindən sonra Naxçıvandan Bakıya gələn Heydər Əliyev iyun ayının 13-də Gəncəyə gedərək vəziyyətlə tanış oldu və münaqişə tərəfləri arasında kompromislərin əldə edilməsi məqsədilə danışıqlar apardı. İyun ayının 15-də Milli Məclis yekdilliklə Heydər Əlirza oğlu Əliyevi parlamentin sədri seçdi. Milli Məclisin bu qərarı, əslində, real vəziyyətdə yeganə çıxış yolu kimi qiymətləndirilməli idi. Çünki xalqın böyük əksəriyyəti yalnız Heydər Əliyevin ölkədə özbaşınalığa və xaosa son qoyacağına, respublikanı sabitdinamik inkişaf yoluna çıxaracağına əmin idi. Təbii ki, parlament ictimai rəyi nəzərə almaya bilməzdi. Heydər Əliyevin yekdilliklə parlamentin Sədri vəzifəsinə seçilməsi də məhz xalqın ümumi iradəsinin təzahürü olaraq tarixə düşdü.

Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra ölkədə qanunçuluğun bərqərar olunması istiqamətində ciddi tədbirlər görülməyə başlandı. Azərbaycan xalqının ümummilli lideri bütün ölkə vətəndaşlarını vahid bir ideologiya ətrafında birləşdirərək ümumi həmrəyliyin əldə edilməsinə müvəffəq oldu. Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün siyasi konsensusun əldə olunmasına xidmət edən taktiki gedişlər etdi. Çox qısa vaxt ərzində Surət Hüseynovun qiyam cəhdinə danışıqlar yolu ilə son qoyuldu və beləliklə də vətəndaş müharibəsi təhlükəsi aradan götürüldü. Lakin ictimai-siyasi sabitliyin yaradılması yalnız vətəndaş müharibəsinə son qoyulması ilə bitəcək bir proses deyildi.

İyun ayının 24-də ölkədə hakimiyyətsizliyin daha pis formada təzahür etməsinin qarşısını almaq məqsədilə Milli Məclis Əbülfəz Əliyevin Azərbaycan Respublikası prezilentinin vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında qərar qəbul etdi. Milli Məclisin bu qərarı yalnız real şəraitin diktəsi ilə deyil, həm də mövcud qanunvericiliyin tələbləri ilə ortaya çıxmışdı. Çünki Prezidentin öz vəzifələrini icra etməməsi dövlətin idarə olunmasında ciddi problemlər yarada bilərdi.

Bundan sonra Heydər Əliyev ictimai-siyasi sabitliyin davamlığının təmin olunması istiqamətində bir çox mühüm işlər gördü. Qısa vaxt ərzində silahlı dəstələr ləğv edildi, ölkədə ictimai asayiş bərqərar olundu. Lakin yenə də xaricidaxili qüvvələrin sabitliyi təhdid edən təxribatlarına son qoyulmadı. Əlikram Hümbətovun qondarma respublika yaratmaq cəhdi Azərbaycana qarşı təzyiqlərin əhatə dairəsinin kifayət qədər geniş olduğunu təsdiqləyən faktlardan biri idi. Heydər Əliyev xalqın dəstəyi ilə respublikanın parçalanmasına ünvanlanmış bu məkrli təxribatın da qarşısını aldı. 1993-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçirildi və Heydər Əlirza oğlu Əliyevə seçicilərin 98 faizi səs verdi.

Ulu öndər ölkəni iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi. Bu qayıdış əsrlərin sınağından keçə-keçə minbir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünəqayıdışına çevrildi və Azərbaycan müstəqillik tarixinin daha şərəfli, əzəmətli mərhələsinə qədəm qoydu. Ulu öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam  bərpa edildi, sabitlik və firavanlığa ciddi təminat yaradıldı. Azərbaycanın sosial-iqtisadidiplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün oldu.

Ulu öndər Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da ölkəmiz MDB məkanında Qərbin nəhəng neft şirkətləri ilə irimiqyaslı Saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün geniş zəmin yaratdı.

Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi.

Heydər Əliyev Azərbaycan elminin və təhsilinin inkişafının stimullaşdırılması sahəsində də böyük işlər gördü. Hələ 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan bəzi qüvvələr bütün digər sahələrdə olduğu kimi, təhsilin və elmin inkişafı istiqamətində də ciddi nöqsanlara yol verirdilər. Elmi ictimaiyyətə qayğı nəzərə çarpmır, təhsilə biganəlik hökm sürürdü.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elmi ictimaiyyətə olan münasibət kökündən dəyişdi, bu sahədə mühüm və xalqın mənafelərindən irəli gələn addımlar atıldı. Elm sahəsində çalışan insanların əməkhaqlarının artırılması, Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi, AMEA-nın Naxçıvan filialının təsis olunması ümummilli liderin apardığı siyasətin məntiqi nəticələridir.

Ulu öndərin 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" imzaladığı fərmanlar məhz bu siyasi kursun uğurları kimi səciyyələndirilə bilər.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr çətin dövr olsa da, birinci dövrdə onun tərəfindən qurulmuş əsas baza bu işdə xüsusi rol oynamışdır. Dövlət və hüquq quruculuğu ulu öndərin fəaliyyətində əsas məsələlər olmuşdur. Dövlət aparatının yenidən təşkili bu sahədə qanunvericilik bazasının da yenidən qurulmasını tələb edirdi. Ölkəmiz beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Respublikada insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq ön cərgədə olmuşdur. Bu gün Azərbaycan insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, UNESCO, Beynəlxalq Əmək Təşkilatı, MDB, GUAM, İslam Konfransı Təşkilatı və s.) üzvüdür.

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Burada əksini tapmış strateji məqsəd, ilk növbədə, hüquqi islahatlar və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın ikinci bölməsi əsas insan hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir.

İnsan hüquqlarının qorunmasında mühüm addım kimi 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbacyan Respublikası Prezidentinin Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq olunması haqqında" 1998-ci il 18 iyun tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mühüm yer tutur. 2006-cı il 28 dekabr  tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında xüsusi olaraq qeyd edilmişdir ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin 2007-ci il 17 iyun tarixli fərmanı ilə isə 18 iyun tarixinin - "İnsan Hüquqları Günü" elan olunması ölkəmizdə insan naminə həssas münasibətin bariz təcəssümüdür. Eyni zamanda, bunların davamı olaraq 2011-ci il 27 dekabr tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da xüsusi qeyd edilməlidir.

1996-cı ildə Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan və bunun davamı olaraq Azərbaycanı Avropa Şurası kimi mühüm beynəlxalq təşkilata tam, bərabərhüquqlu üzv seçdirən Heydər Əliyev siyasətinin ən əsas istiqamətlərindən biri Avropa standartlarının Azərbaycan qanunvericiliyinə gətirilməsidir. Ölkəmizin Avropa Şurasına daxil olması ilə bağlı 2001-ci il yanvarın 25-də Strasburqda keçirilmiş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev xüsusi vurğulamışdır ki, "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır".

Beynəlxalq sahədə aparılan işlər sırasında xüsusi qeyd etmək lazımdır ki, 2001-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası yenidən baxılmış Avropa Sosial Xartiyasına qoşulmuşdur. Daha sonra ulu öndər Heydər Əliyev 2003-cü il aprelin 7-də "Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" sərəncam vermişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət dövlətimizin insan hüquqları istiqamətində də düzgün siyasətini bir daha sübut edir. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edironlara müvafiq dövri hesabatlar təqdim edir.

Dövlətimizin 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Azərbaycan üçün təkcə təbliğati-siyasi məzmun kəsb etmir. Respublikamız bu uğura imza atmaqla faktiki olaraq təşkilat çərçivəsində mühüm qərarların qəbulu prosesində əsas dövlətlərdən birinə, həlledici söz sahibinə çevrilmişdir. Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Prezident lham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının tarixi qələbəsidir. Ancaq qeyd etmək lazımdır ki, bu tarixi nailiyyət Azərbaycanda gedən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik dəyişikliklərə, insan hüquqları sahəsindəki mühüm addımlarla beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən verilən qiymətdir.

Beləliklə də Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi münasibətlər sisteminin kifayət qədər uğurlu bir modelinin yaradılmasına və cəmiyyətin vahid ideologiya ətrafında toplanmasına rəvac vermiş oldu. 15 iyun Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik bir mərhələnin əsasını təşkil edirümummilli lider Heydər Əliyevin yaratdığı idarəetmə sistemi ölkənin iqtisadisiyasi inkişafının ən uğurlu parametrlərini müəyyənləşdirdi. Çünki məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti yaradılmışdır.

15 iyundan ötən dövrün qısa xarakteristikası müstəqil Azərbaycan dövlətinin formalaşdırılması mərhələsinin mühüm faktlarını özündə ehtiva edir. Bu tarix Azərbaycan xalqının kifayət qədər məsuliyyətli və çətin bir dövrdə etdiyi seçimin nə qədər düzgün olduğunu göstərir. Məhz iyunun 15-də Azərbaycan təhlükəli bir mərhələni uğurla dəf edərək öz dövlətçiliyini möhkəmləndirdi və bu gün ölkədə hökm sürən ictimai-siyasi sabitlik, qazanılan uğurlar perspektiv haqqında optimist fikirləşməyə tam əsas verir. Bu nailiyyətlər indi hər bir insan üçün fövqəladə dərəcədə mühüm əhəmiyyət kəsb edironun davam etdirilməsi artıq cəmiyyətin ümumi maraqları fonunda ortaya çıxan tələbata çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilməkdədir. Çünki Heydər Əliyevin siyasi kursu Azərbaycanın bütün vətəndaşları tərəfindən dövlətçiliyin alternativsiz inkişaf modeli kimi qəbul olunmuşdur.

 

 

Əmir ƏLİYEV,

Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru

 

Azərbaycan.- 2013.- 12 iyun.- S.6.