2013-cü il mayın 3-də Dehli şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiHindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol»un təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il mayın 3-də Dehli şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

2.1. bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin;

2.2. bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Hindistan Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 13 iyun.- S. 2.