Əfqanıstan Azərbaycanın təcrübəsini böyük inkişaf modeli kimi qiymətləndirir

 

Azərbaycanın elektron-idarəçilik sahəsindəki nailiyyəti bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın inkişaf naminə elektron-idarəçilik sahəsində uğurlu təcrübəsilə bilavasitə bağlıdır. Belə ki, bir çox inkişaf etməkdə olankeçid dövrünü yaşayan ölkələr Azərbaycanın sürətli inkişaf modelini nəzərdən keçirironun təcrübəsindən yararlanmağı qarşılarına əsas məqsəd kimi qoyurlar. Bu ölkələrdən biri də Əfqanıstan İslam Respublikasıdır.

Azərbaycanda səfərdə olan Əfqanıstanın kommunikasiyainformasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 nəfərlik nümayəndə heyətinin keçirdiyi bir çox görüşlərdə əsas müzakirə mövzusu  ölkəmizin elektron-idarəçilik sahəsində qazandığı uğurlar olub. Dünən bu məqsədlə Beynəlxalq Mətbuat Mərkəzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA), BMT-nin İnkişaf Proqramının (BMTİP) və Əfqanıstanın Kommunikasiyaİnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

İlk çıxış edən AİDA-nın rəhbəri Əşrəf Şıxəliyev bildirib ki, Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi ən çox elektron-idarəçilik sahəsində özünü büruzə verir. 2012-ci ildə AİDA Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı vasitəsilə Əfqanıstanın inkişafı üçün 150 min ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb. Bununla yanaşı, Azərbaycanın dövlət qurumları tərəfindən əfqan həmkarları üçün bir sıra təlimlər, təlim turları və qarşılıqlı səfərlər təşkil edilərək Əfqanıstana dəstək məqsədilə bir sıra layihələr həyata keçirilmişdir. Onun sözlərinə görə, hazırda adıçəkilən təşkilat və qurumlar dördbucaqlı əməkdaşlıq sistemi yaradıblar. Bu əməkdaşlıq əsasən Əfqanıstanda elektron hökumətin yaradılması istiqamətində aparılır. Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq artıq bir çox beynəlxalq tərəfdaşlarla yanaşı, BMT-nin Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi cənab Jan Kubis tərəfindən də yüksək qiymətləndirilib və o, Azərbaycanın regional tərəfdaşlığa bu cür töhfəsini xüsusilə qeyd edib.

Əfqanıstanın kommunikasiyainformasiya texnologiyaları naziri Əmirzai Sangin isə Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək ölkəsinin təhsil, elektron hökumət, informasiya-kommunikasiyaları texnologiyaları, kosmik sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib. Əmirzai Sangin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin Əfqanıstanla bağlı layihələrə göstərdiyi dəstəyi də xüsüsi qeyd etmişdir.

Onun sözlərinə görə, Əfqanıstan hökuməti informasiyakommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə bəyan edib və Azərbaycanın elektron-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq BMTİP-nin nümayəndəlikləri vasitəsilə elektron-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dəstək olmağa dair razılıq əldə olunub. BMTİP tərəfindən təşkil edilmiş Əfqanıstanın dövlət rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin səfəri bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu səfərin məqsədi elektron-idarəçilik potensialından istifadə olunmasında Azərbaycanın təcrübəsini öyrənmək və Əfqanıstanda tətbiqi perspektivlərini müzakirə etməkdir.

Elektron-idarəçilikdən səmərəli istifadəyə dair geniş müzakirələr və real nəticələrin nümayiş etdirilməsi Əfqanıstanda bir sıra oxşar, o cümlədən əfqan və azərbaycanlı mütəxəssislərin birgə işləyə biləcəyi layihələr üçün yol açacaqdır.

Qeyd olunub ki, bu layihə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyü dövrünə təsadüf edir. Azərbaycan regionalqlobal problemlərin həllində aktiv iştirakçıya çevrilib. Azərbaycanın son 20 ildəki sürətli  inkişaf təcrübəsindən digər ölkələr də bəhrələnə bilər. Bu əməkdaşlıq Azərbaycanın Əfqanıstanda sabitliyiniqtisadi inkişafın təşviqində əhəmiyyətli rol oynamasına kömək edir. Azərbaycan sadəcə, öz təcrübəsini bölüşmür, eyni zamanda Əfqanıstanda sülh və sabitliyə yönələn səylərə dəstək göstərmək üçün donor ölkələr birliyinə qoşulur.

Azərbaycan xarici işlər naziri ilə keçirilən görüşü haqqında söz açan Əfqanıstan kommunikasiyainformasiya texnologiyaları naziri vurğulayıb ki, iki ölkə arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır: "Yaxın zamanlarda diplomatik, siyasi şəxslər üçün viza sistemi ləğv olunacaq. Azərbaycan və Əfqanıstan arasında birbaşa aviareysin açılması da nəzərdə tutulub". Nazir Azərbaycan XİN tərəfindən əfqan tələbələri üçün təqaüd proqramı açılmasını xahiş edib.

Nazir xüsusilə qeyd edib ki, Əfqanıstan orbitə peyk buraxmaq üçün artıq tender elan edib və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırır.

 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 13 iyun.- S.8.