Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir

 

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir. İclasda "Sosial sığorta haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi məsələsi müzakirə olunmuşdur.

Qanun layihəsinə ediləcək dəyişikliklərlə bağlı məlumat verən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, burada əsas məqsəd pensiyaların sistemli şəkildə ödənilməsinə nail olmaqdır. Məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir və sığorta edənin vəsaitləri hesabına ödənilir.

 Daha sonra "Sosial sığorta haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi məsələsinə baxılmış, rəy və təkliflər verilmişdir. Bildirilmişdir ki, notariat sahəsində aparılan islahatlar nəticəsində hazırda ölkədə dövlət notariusları ilə yanaşı, xüsusi notariuslar da fəaliyyət göstərir.

Bildirilmişdir ki, xüsusi notariuslar notariat hərəkətlərin aparılması üçün müəyyənləşdirilən dövlət rüsumu miqdarında tutduğu haqdannotariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan haqdan texniki heyətin əmək haqqının ödənilməsi, icarə haqqı, maddi-texniki təminat üçün zəruri xərclər çıxıldıqdan sonra sərəncamdan qalan pul vəsaitindən vergi, peşə məsuliyyətinin sığortası və dövlət sosial sığortası üzrə qanunvericiliklə müəyyən edilən vəsaiti və digər məcburi ödəmələri verməlidir. Göstərilənlərlə əlaqədar müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının xüsusi notariusun gəlirinin iyirmi faizi miqdarında ödənilməsi deyil, daha stabil dərəcəsinin müəyyən edilməsi məqsədəuyğundur.

Müzakirələrdən sonra qanun layihəsinə komitə daxilində yenidən baxılması qərara alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 iyun.- S.3.