Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin insanlıq, bugünkü və gələcək nəsillərin sağlamlığı əleyhinə sistemli işlər gördükləribir daha sübuta yetirilmişdir

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan 12 nəfərin tutulması Ermənistanın işğalı altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilməsi məsələsini yenidən gündəmə gətirmişdir.

Eyni zamanda, Azərbaycanın nəzarətdən çıxmış və işğal olunmuş torpaqlarında ermənilərin insanlıq, bugünkü və gələcək nəsillərin sağlamlığı əleyhinə sistemli işlər gördükləri bir daha sübuta yetirilmişdir.  Bu sözləri Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü Əkbər Qoşalı müsahibəsində demişdir.

Bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar nəzarətsiz bölgənin neçə-neçə ölkənin əhalisinə ziyan vurmasından narahat olmalıdırlar. Dünyada belə bölgələrin mövcudluğuna  göz yumanlar bəşəriyyət qarşısında, gələcək nəsillər qarşısında məsuliyyət daşıyacaqlar.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.10.