Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (II kitab), maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹ 1,  maddə 3,  ¹ 2,  maddə 64,  ¹ 5,  maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173, 178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹ 7, maddələr 589, 599; 2012, ¹ 7, maddə 674, ¹ 11, maddə 1062, ¹ 12, maddə 1215; Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 492-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.3-cü maddəyə "Azərbaycan Respublikasının Prezidenti," sözlərindən sonra "Azərbaycan Respublikasının keçmiş Prezidentionun arvadı (əri)," sözləri əlavə edilsin;

2. 209.2.13-cü və 215.3.2-ci maddələrə "Azərbaycan Respublikası Prezidentinin," sözlərindən sonra "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin)," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.2.