«Məlumat toplularının hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 885; 2006, ¹ 12, maddə 1005; 2008, ¹ 6, maddə 462, ¹ 12, maddə 1047; 2009, ¹ 12, maddə 971) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Məlumat toplusunun hüquq sahibinin və ya istehsalçısının razılığı olmadan hazırlanan (istehsal edilən), həmçinin istehsalçının istifadə etdiyi texniki mühafizə vasitələrini dolayısı və ya birbaşa müdaxilə yolu ilə keçməklə əldə edilən və yayılan nüsxəsi pirat nüsxə sayılır.".

2. 14.2-ci və 14.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"14.2. Məhkəmə hüquqpozmaya səbəb olan məlumat toplularının kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, onların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.

14.3. Məlumat toplularının pirat nüsxələri, onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq müsadirə edilir.".

3. 18.2-ci maddədə "istehsalı" sözü "hazırlanması (istehsalı)" sözləri ilə əvəz edilsin.

4. 18.4-cü maddədə "İstehsalı" sözü "Hazırlanması (istehsalı)" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.3.