2013-cü il aprelin 22-də Brazilia şəhərində imzalanmış «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il aprelin 22-də Brazilia şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.3.