Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı»nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 115             Bakı şəhəri, 11 iyun 2013-cü il

 

 

 

"Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 579-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2800 nömrəli sərəncamının  1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 264; 2008, ¹ 6, maddələr 582, 584, ¹ 9, maddə 852; 2009, ¹ 5, maddə 388, ¹ 6, maddələr 495, 496, ¹ 7, maddə 609, ¹ 8, maddə 683; 2010, ¹ 6, maddə 566; 2012, ¹3, maddə 266, ¹ 4, maddə 395, ¹ 6, maddə 639) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nın "Şahbuz rayonu" bölməsinin 3-cü hissəsinin "Yolun adı" sütununda "Qarababa" sözü "Şahbuz şəhəri" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.