Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 116                   Bakı şəhəri, 11 iyun 2013-cü il

 

 

 

 

"Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 590-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2803 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064; 2012, ¹ 6, maddə 638, ¹ 8, maddə 825; 2013, ¹ 3, maddələr 332, 340) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "I. Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "51. Masallı rayonu üzrə" hissəsinin "51.6. Kənd tibb məntəqələri:" bəndindən "Kosagül" sözü çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 4.