Bakıda «Xəzər regionunda əməkdaşlıq: milli perspektivlər və ümumi çağırışlar» mövzusunda konfrans keçirilmişdir

 

İyunun 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Xəzər regionunda əməkdaşlıq: milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilmişdir.

SAM-dan bildirmişlər ki, konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Konrad Adenauer Fondunun regional proqram direktoru Canan Atilqan açmışlar. "Xəzər regionunda iqtisadi əməkdaşlığın dinamikası: ticarət, enerji və nəqliyyat" mövzulu birinci panelin məruzəçiləri - Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzinin koordinatoru Bəhruz Abdolvand, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin elmi işçisi Karlo Frappi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribov olmuşlar.

"Xəzər regionunda təhlükəsizlik strategiyaları və strukturları: milli perspektivlər, regional əməkdaşlıq və xarici faktorların rolu" mövzusunda ikinci paneldə Kadir Has Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Mitat Çelikpalanın, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun çıxışları dinlənilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 10.