Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 118             Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, maddə 244; 2004, ¹ 12, maddə 1077; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2012, ¹ 5, maddə 472) ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü hissədə "konkret planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara" sözləri "ərazi planlaşdırılması sənədlərinə" sözləri ilə əvəz edilsin;

2. 20-ci hissədə "tikinti baş planlarına, torpaq istifadəsi planlarına və digər plan-kartoqrafik materiallarına" sözləri "baş planlarına" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 20 iyun.- S. 1.