Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən şəhərsalma işlərinin siyahısının təsdiq edilməsi barədə"  2000-ci il 13 iyul tarixli 120 nömrəli və "Şəhərsalma proqramlarının siyahısı, baxılması və təsdiq olunması Qaydası"nın təsdiq edilməsi barədə" 2000-ci il  13 iyul tarixli 121 nömrəli qərarlarının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 119             Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

1. "Dövlət büdcəsindən maliyyələşdirilən şəhərsalma işlərinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 567; 2004, ¹ 12, maddə 1081);

2. "Şəhərsalma proqramlarının siyahısı, baxılması və təsdiq olunması Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 568; 2005, ¹ 1, maddə 49; 2008, ¹ 2, maddə 132, ¹ 5, maddə 432).

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 20 iyun.- S.1.