Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda dəyişikliklər edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 120             Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 516; 2002,

¹ 11, maddə 675; 2008, ¹ 2, maddə 130) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə "tikinti normativ sənədlərinin" sözləri "şəhərsalma və tikintiyə dair normativ sənədlərin" sözləri ilə əvəz edilsin;

2. 2.1-ci və 8.2-ci bəndlərdə "dövlət şəhərsalma norma və qaydalarının" sözləri "şəhərsalma və tikintiyə dair normativ sənədlərin" sözləri ilə əvəz edilsin;

3. 2.7-ci bənddə "və əlaqədar təşkilatlar tərəfindən razılaşdırılmış sahə planı sxemi, yaxud baş plan" sözləri "ilə razılaşdırılmaqla, ərazi planlaşdırılması sənədləri" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 20 iyun.- S.1.