Lənkəranlılar haqqın tərəfindədirlər

 

Yeni Azərbaycan Partiyasının V qurultayında 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qurultay nümayəndələrinin yekdil səsi ilə təsdiqlənməsi Lənkəran rayon sakinlərini də hədsiz sevindirir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyət məktəbinin yetirməsi cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi təkcə ölkəmizdə yaşayan həmvətənlərimizin deyil, həm də bütün dünya azərbaycanlılarının istəyinin və iradəsinin parlaq ifadəsidir.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev xalqımıza əbədi müstəqillik, qüdrətli dövlətçilik, milli intibah və davamlı tərəqqi bəxş etmiş Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu əməli fəaliyyəti və konkret işi ilə sübut etmişdir. Hər bir Azərbaycan vətəndaşı kimi, fəxr edirik ki, istər daxili, istərsə də xarici siyasətdə  möhtəşəm nailiyyətlərə imza atmış dövlət başçısı gərgin və çoxşaxəli fəaliyyəti ilə dünyada sayılıb-seçilən nüfuzlu siyasi xadim kimi qəbul olunur. Cənab Prezident çoxsaylı beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə özünün istedadlı rəhbərlik bacarığı, parlaq zəkası və dərin düşünçəsi ilə xalqımıza başucalığı gətirir. Bütün bunları nəzərə alaraq ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsini ən ədalətli qərar hesab edirik.

Dövlət başçısının Azərbaycanın gələcəyi üçün bir sıra önəmli addımlar atdığı, ölkəmizi dünya arenasında layiqincə təmsil etdiyi hər kəsə məlumdur. Cənab İlham Əliyev xalq tərəfindən dəstəklənən liderdir. Prezidentin ölkənin regionlarına ardıcıl səfərləri və bu səfərlər zamanı yeni-yeni sosial obyektlərin istifadəyə verilməsi, yenilərinin tikintisinə başlanılması, çoxlu sayda iş yerlərinin açılması, yaşayış səviyyəsinin durmadan yüksəlməsi vətəndaşlarda böyük ruh yüksəkliyi, xoşbəxt sabaha tükənməz inam yaratmışdır. Bu səfərlər zamanı cənab Prezidentin vətəndaşlarla isti, hərarətli görüşləri, xalqla yaxından təmasda olması, onları narahat edən problemlərin həlli bir daha sübut edir ki, Azərbaycanın hər bir guşəsi, hər bir vətəndaşın taleyi ölkə başçısının diqqətindədir.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev 9 dəfə Lənkərana səfər etmişdir. Bu səfərlərin hər biri rayonun sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı müxtəlif açılış və özülqoyma mərasimlərilə, səmimi görüşlərlə unudulmaz xatirəyə çevrilmişdir.

Biz - lənkəranlı ziyalılar inanırıq ki, 2013-cü ilin prezident seçkilərində yalnız Yeni Azərbaycan Partiyasının və Azərbaycan xalqının yeganə namizədi olan cənab İlham Əliyev qalib gələcəkdir! Biz təkcə qarşıdakı 5 ildə deyil, ondan sonra da ölkə rəhbərliyində yeganə lider kimi yalnız Prezident İlham Əliyevi görmək istəyirik. Çünki güclü dövləti yalnız güclü lider idarə edə bilər. Qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın indiki gücü və qüdrəti, qazandığı möhtəşəm nailiyyətlər birbaşa cənab Prezidentin yeritdiyi siyasətlə bağlıdır. Bu siyasətin özəyində, əlbəttə, Heydər Əliyev siyasi kursu durur. Biz lənkəranlılar hesab edirik ki, Azərbaycan xalqının gələcəyini düşünənlərin

İlham Əliyevdən başqa seçimi və arzusu ola bilməz.

Yeni Azərbaycan Partiyasının V qurultayının qərarı bütövlükdə xalqımızın iradəsinin ifadəsidir.

 

 

Ofelya CƏFƏROVA,

Osman Mirzəyev adına uşaq evinin direktoru

 

Azərbaycan.-2013.- 20 iyun.- S.2.