Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir

 

İyunun 19-da Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir

 

Biznes-forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qazaxıstanın iqtisadiyyat büdcə planlaşdırılması naziri Erbolat Dosayevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, ərzaq sənayesi, tikinti, turizm digər sahələrdə fəaliyyət göstərən adamları təmsil olunmuşlar.

Mangistau vilayətinin akimi Alik Aydarbaev forum iştirakçılarını salamlamış, vilayətin sosial-iqtisadi inkişafı haqqında məlumat vermiş, Azərbaycan ilə yaranmış əməkdaşlığın inkişafı məsələlərinə toxunmuşdur.

Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayev belə biznes forumişgüzar görüşlərin adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamış, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznesinvestisiya mühitinə malik olduğunu bildirmiş, adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Qazaxıstan ilə ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu bildirmişdir. Nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını qeyd etmişdir.

Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, 90-dan çox sənəd imzalanmışdır ki, bunun da 20-si iqtisadi sahəyə aiddir. Əlaqələrin genişlənməsi sahəsində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının indiyədək 9 iclası keçirilmişdir.

Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasimakroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda Qazaxıstan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 37 şirkət uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitalı ilə işləyən 46 müəssisə qeydiyyatdan keçmişdir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir bu biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya imkanları və işgüzar əlaqələri haqqında məlumat vermişdir.

Biznes-forum çərçivəsində AZPROMO ilə Mangistau vilayət akimliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 

***

 

Aktauda keçirilmiş Qazaxıstan-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat DosayevMangistau vilayətinin akimi Alik Aydarbayevlə görüşmüşdür.

Ş.Mustafayevin A.Aydarbayevlə görüşündə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistika mərkəzlərinin yaradılması məsələləri  müzakirə edilmişdir.

Sonra biznes forumda iştirak edən Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanın və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti, eləcə də vilayət tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Aktau

 

Azərbaycan.-2013.- 20 iyun.- S.6.