Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il  23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 125                   Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 133; 2006, ¹ 1, maddə 59; 2009, ¹ 9, maddə 736, ¹ 10, maddə 846) ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 13-cü hissəsinə "normativ hüquqi aktlarda" sözlərindən əvvəl "texniki" sözü əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.1.