"Dövlət standartlarına uyğun olaraq, I II məsuliyyət səviyyəli bina qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Dövlət standartlarına uyğun olaraq, I II məsuliyyət səviyyəli bina qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın "Dövlət standartlarına uyğun olaraq I II məsuliyyət səviyyəli bina qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 129                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il

4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üzrə  işlərin  Siyahısı"nın və "Dövlət  standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 155) aşağıdakı dəyişikliklər edilsin:

1. adı aşağıdakı redaksiyada verilsin:

"Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında";

2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

 "1. "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı", "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə  işlərin Siyahısı" və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı" təsdiq edilsin (1-3 nömrəli əlavələr).";

3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın adında "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli" sözləri "Tikintisinə icazə tələb olunan" sözləri ilə əvəz edilsin;

4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və  qurğuların  layihələndirilməsi  üzrə işlərin Siyahısı"nın adında "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli" sözləri "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla," sözləri ilə əvəz edilsin;

5. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların  tikinti-quraşdırma işlərinin Siyahısı"nın adında "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli" sözləri "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla," sözləri ilə əvəz edilsin;

6. "Qeyd" ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.2.