Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il  15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 135                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185, ¹ 5, maddə 486) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 12-ci hissəsinin birinci abzasında "iki il" sözləri "beş il" sözləri ilə əvəz edilsin.

 

 

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.2.