"İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 140                   Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 762; 2012, ¹ 5, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:

1. həmin qərarla təsdiq edilmiş "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın 1.2-ci bəndində "hüquqi şəxs (bundan sonra - Operator)" sözləri "hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator)" sözləri ilə əvəz edilsin;

2. həmin qərarla təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə "hüquqi şəxs (bundan sonra - Operator)" sözləri "hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator)" sözləri ilə əvəz edilsin;

2.2. 2.1-ci bənddə "qazandıran oyunlar" sözləri "qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 22 iyun.- S.4.